Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirə müraciət etdiyi üçün işdən çıxarıldığı bildirilən şəxslə bağlı açıqlama - Video

Videoçıxışı yayılan Taleh Bəşirovun işdən azad edilməs ilə bağlı sosial şəbəkələrdə dünən paylaşılan məlumatlar əsassızdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, T.Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər Nazirlikdən onu işə götürən tikinti şirkətilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib. Hazırda Talehin əmək müqaviləsi (250 azn maaşla) qüvvədədir.

Bu gün səhər Nazirlikdən Talehlə də əlaqə saxlanılıb və narazılığının səbəbi soruşulub.

Əlilliyi olan şəxs kimi pensiya alan T.Bəşirov Nazirliklə bağlı probleminin və narazılığının olmadığını, mütəmadi olaraq reabilitasiya vasitələri ilə təmin olunduğunu (son dövrdə 19 dəfə) deyib. Videoda dediklərini də hansısa məlumatı yanlış anladığından əsəbləşərək söylədiyini və bundan təəssüfləndiyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »