Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ virusa görə Çini sərt cəzalandırmaq istəyir

ABŞ-da növbəti dəfə Çini koronavirusa görə cəzalandırmaq, özü də sərt şəkildə cəza tətbiq etmək müzakirə edilir. Bu haqda senator Lindsi Qrehem danışıb. “Washington Examiner” senatorun fikirlərinə səhifəsində yer verib.

Bizimyol.info xəbər verir ki, ABŞ senatoru Çinin virusa görə məsuliyyət daşıdığını bildirib. “Biz – ABŞ senatı Trampı yox, Çini qınayırıq. Çin 16 min insanın ölümünə və 17 milyon nəfərin işini itirməsinə görə məsuliyyət daşıyır”, - Qraham belə deyib.

Lindsi Qrahamdan ABŞ Lindsi Qraham

Senatorun fikrincə, Çin hökuməti virusun bu cür yayılmasına imkan verməməliydi. Qraham bildirib ki, Asiya dövlətini davranışını dəyişməyə məcbur etmək lazımdır. Senat üzvü bir az da irəli gedərək Pekinin Vaşinqtonun borclarının bir hissəsini silməli olduğunu söyləyib.

Koronavirus ABŞ iqtisadiyyatına, ümumi sosial həyatına böyük zərbə vurub. Dövlətin borcları rekord həddə çatıb. ABŞ-ın bütün tarixi ərzində ən yüksək işsizlik göstəricisi qeydə alınıb. Virusa yoluxanların sayı 500 minə çatır. Azı 18 min nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »