Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya karantin müddətini artırdı

Martın ortalarında İtaliyada koronavirusla bağlı həyəcan təbili çalmağa başlamışdılar.

Virusa yoluxanların sayı böyük sürətlə artırdı. Buna görə də martın 19-da sərt karantin rejiminə keçilmişdi. Sonradan müddət aprelin 17-nə qədər uzadılmışdı.

Bizimyol.info xəbər verir ki, İtaliyada karantin müddətini yenə artırıblar. İtalyanlar azad həyat üçün mayın 3-nə qədər dözməli olacaq. Hərçənd, həmin günə qədər vəziyyətin çox yaxşılaşacağına heç kim zəmanət vermir.

İtaliyanın vətəndaş müdafiəsi departamenti nikbin açıqlamalar verir. Təşkilatda düşünürlər ki, virusa yoluxma tempi xeyli aşağı düşüb. İtaliya hökuməti də çox bədbin görünmür.

İtaliya virusa yoluxanların sayına görə dünyada ikinci, ölümə görə isə birinci yerdədir. Avropa ölkəsində indiyə qədər 147 min 577 yoluxma faktı qeydə alınıb. Pandemiya 18 min 849 italyanın həyatına son qoyub.

Son xəbərlər
Bütün xəbərlər »