Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İTV "Səs Uşaqlar"ın final mərhələsinin vaxtını dəyişdirdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın Respublika ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib.

Belə ki, İTV-nin sevilən mahnı müsabiqəsi "Səs Uşaqlar" layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib. Final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı "Səs Uşaqlar" şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, İTV 2019-cu ildə "Talpa Global B.V” ilə müqavilə imzalayaraq dünyada milyonlarla tamaşaçı auditoriyası olan məşhur "Səs” (The voice) mahnı müsabiqəsinin Azərbaycanda yayım hüququ lisenziyasını əldə edib. Müsabiqəyə ilk olaraq uşaqlarla "Səs Uşaqlar" adı ilə start verilib. Verilişin komandası Azərbaycanın bölgələrində və Bakıda 400-dən çox uşağın kastinqini təşkil edib, kastinqdən keçən iştirakçılar "görmədən seçimlər" mərhələsində ustadlara öz istedadlarını nümayiş etdiriblər. Üç ustadın seçdiyi 45 nəfərin qarşıdurmasından 15 iştirakçı növbəti mərhələyə keçə bilib, həmin mərhələnin yekunu olaraq isə 6 nəfər layihənin finalında iştirak etmək hüququ qazanıb.

Bundan əlavə qeyd edək ki, İctimai Televiziya “Səs Uşaqlar”ın final turundan dərhal sonra “Səs” mahnı müsabiqəsinin böyüklər üçün nəzərdə tutulan layihəsinə start verəcək və bu məqsədlə seçim turları keçirəcəkdir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »