Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Tramp arasında yenidən telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yenidən telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı dünya neft bazarındakı vəziyyət, o cümlədən neft hasilatının azaldılması ilə bağlı “OPEC+” çərçivəsində əldə olunan razılaşma barəsində fikir mübadiləsi aparılıb.

D. Tramp neft istehsal edən bir sıra ölkələrin başçıları ilə təmasları barədə Rusiya liderini məlumatlandırıb. Məlum mövzuda Rusiya ABŞ məsləhətləşmələrinin davam etdirilməsi razılaşdırılıb.

Bundan başqa, Rusiya və ABŞ liderləri koronavirus pandemiyasına dairməsələləri də müzakirə ediblər.

Telefon danışığı zamanı kosmosda əməkdaşlıq daxil olmaqla, ikitərəfli münasibətlərin bir sıra aktual aspektlərinə də toxunulub.

Qeyd edək ki, ötən gecə də Rusiya prezidenti Vladimir Putin ABŞ Prezidenti və Səudiyyə Ərəbistan kralı ilə telefon danışığı aparıb. (Apa.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »