Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çernobıl hələ də yanır

Koronavirus Ukraynaya ciddi problemlər yaradır. Virusa yoluxanların sayı 2200-ü keçib, 69 nəfər həyatını itirib. Üstəlik, Çernöbıl da yanır, ətrafa radiasiya yayılır.

Bizimyol.info xəbər verir ki, altı gündür fəlakət zonasındakı yanğını söndürmək olmur. “RBK-Ukraina”nın məlumatına görə, yanğınsöndürənlərin cəhdləri problemi tam həll etməyə kömək etməyib. Rəsmi Kiyev əmin edir ki, meşə yanğınlarının və radiaktiv tullantıların həcmi artmır. Amma faciənin böyüklüyünü də gizlətmək mümkün deyil. Azı 20 hektar ərazinin yanmasından söhbət gedir. Üstəlik, radiasiyanın həcmi də ənənəvi həddən 16,5 dəfə çoxdur.

Çernobıl Atom Elektrik Stansiyasında məlum faciə 1986-cı il aprelin 26-da baş vermişdi. Dördüncü enerji blokunun partlaması böyük itkilərə səbəb olmuşdu. SSRİ hökuməti faciəni maksimum gizlətməyə çalışmışdı. Hətta ölənlərin sayını iki rəqəmlə ifadə edirdilər. Hərçənd, Çernobılda onminlərlə insanın tələf olması iddiası həmişə səslənib.

Son xəbərlər
Bütün xəbərlər »