Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətəndaşlar sığorta ödənişlərinin verilməməsindən narazıdırlar” - Ekspert

“Sığorta şirkətlərinin əksəriyyəti ödəniş bölmələrini bağlayıblar, ancaq sığortalamaqla və sığorta hadisələrinə çıxmaqla məşğuldurlar. Bu da vətəndaşlarda haqlı narazılıq yaradır”.

Bu barədə Bizimyol.info-ya sığorta bazarı üzrə ekspert İlkin İbrahimov bildirib.

İlkin İbrahimov

Ekspertin sözlərinə görə, bir neçə gündür ki, sığorta hadisəsi edən vətəndaşlar sığorta ödənişlərinin verilməsi ilə bağlı haqlı narazılıqlar edirdilər: “Əsasən narazılıq sığorta hadisəsinin baş verməsindən sonra olan “sığorta ödənişləri” ilə bağlıdır. Belə ki, bəzi sığorta şirkətləri sığorta ödənişlərini gecikdirməklə və sığorta hadisəsinə qəsdən “imtina" verməklə vətəndaşı get-gələ salır. Belə hallarla bağlı Nazirlər Kabinetinin Operativ qərərgahı 29 mart tarixli qərı ilə 9-cu bənddə ödəniş və xidmətlərin gecikdirilməməsini bildirib. Digər tərəfdən bir neçə sığorta şirkəti də bu qərara uyğun olaraq sığorta ödənişlərini vətəndaşa məsafədən sənədləri yığmaqla təqdim etdiyini bildirib. Hazırda demək olar bütün sığorta şirkətlərinin məsafədən və vətəndaş qəbulu olmadan "ödənişləri ödəmək və vətəndaşlarla” vatsap, elektron ünvan, telefon vasitələri ilə xidmət göstərmək imkanları var”.

Ekspert vurğulayıb ki, Mərkəzi Bank sığortaya nəzarət edən qurum kimi ödənişlərin aşağıdakı qaydada verilməsini təşkil edə bilər:

1. Qəza komissarları hadisə yerinə çıxış edib ilkin ərizəni almalı;

2. F4 və digər qurumların sənədləri online qəbul edilir. Əlavə sənədləri məsfəli sənəd qəbulundan istifadə etməklə qəbul etmək;

3. Qiymətləndirməni fotoşəkillərlə və dəqiqləşmə və mübahisə halında ekspert baxışına təqdim etmə;

4. Cari hesab nömrələrinin məsafədən qəbulunu təmin etmək;

5. Ən əsas Mərkəzi bank "sığortaya nəzarət" şöbəsi şikayətlərin həlli üçün vatsap, telefon və email ünvanını bütün sığorta şirkətlərinin saytlarında yerləşdirməlidir.

Ramid İbrahimov

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »