Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 çörəklə özünü reklam edən partiya üzvü barədə deputatdan açıqlama – Video

Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması ilə bağlı yayılan video ictimaiyyət tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Qeyd edək ki, Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində elan edilən karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaları qadağan edilib.

Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı rəhbəri həmin şəxslərin ehtiyaclarının qarşılanması üçün etdiyi yardım zamanı davranışı tənqidlərə səbəb olub. Belə ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamın əlini göydə saxlamasını sosial şəbəkə istifadəçiləri etik qaydalara uyğun olmadığı bildiriblər.

Məsələ ilə bağlı sözügedən partiyanın sədri, deputat Fəzail Ağamalı Bizimyol.info-ya açıqlamasında bu məsələnin gündəmdə qalmasının əleyhinə olduğunu bildirib.

“Xeyirxah məqsədlə insanlara çörək paylayıb. Mənimlə razılaşmadan bunu edib və mənim haqqımda, partiya haqqında xoşuma gəlməyən sözlər deyib. Mən onu tənbeh etdim. O da məndən üzr istəyib”,-deyə deputat Fəzail Ağamalı bildirib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »