Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çardaqdan yıxılan kişi ağır xəsarət alıb

Kürdəmir rayon sakini ehtiyatsızlıqdan həyətindəki çardaqdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü Ruslan Balacan oğlu Şükürov çardaqda təmizlik işləri aparırmış.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Ona çanaq sümüyünün və bir neçə qabırğasının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »