Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanmış Sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi təsdiq edib.

APA-nın xəbərinə görə, Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb.

Qeyd edək ki, Qanuna əsasən, Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək.

Son xəbərlər
Bütün xəbərlər »