Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həm ucuz, həm də maraqlı payız tətili... - Payızda görməli şəhərlər hansılardır? - FOTO
Adətən səyahət üçün yaz və yay aylarını seçirik. Əslində isə hər fəslin öz gözəlliyi olduğu kimi hər şəhərin də öz fəsli var Elə ölkə və şəhərlər var ki, ora məhz payızda, qışda getsəniz əylənə, ləzzət ala bilərsiniz. Səyahətçilərin sevimli saytı qış yetişməmiş səyahətə çıxmaq istəyənlər üçün payızda gediləcək şəhərlərdən yazıb.

1.TƏL-ƏVİV, İSRAİL

Yayda günəşdən tündləşmiş dərinlə vidalaşmağa hazır deyilsinizsə, İsrailin paytaxtı Təl-Əviv sənin üçün ideal yerdir. Orda hələ yay davam edir Günəş, isti qum, dəniz, axşam gəzintiləri, müxtəlif menyularla xidmətinizdə olan restoranlar və s. – sadəcə gedib görmək lazımdır. Dünyanın ən yaxşı 10 çimərlik şəhərindən biri olan Təl-Əviv çimərliklərində turistlərin azaldığı dövrdür payız. Həm istirahət, həm də sakitlik istəyirsinizsə Təl-Əvivi seçə bilərsiniz.

2. SEVİLYA, İSPANİYA

Daha az günəşlə qane ola bilərsənsə İspaniyanın Sevilya şəhərini seçə bilərsiniz. İstiliyin təxminən 40 dərəcə olduğu bu şəhərə İspaniyanın “qızartma tavası” da deyirlər. Çox isti yerdir. Ancaq səyahətinizi payız aylarına planlaşdırsanız, şəhərin ən gözəl vaxtını görərsiniz.

Küçələri portağal çiçəyi qoxan bu şəhərin kölgəli, açıq sahəsi olan restoranlarının qarşısı yerli əhali və turistlərlə dolu olur.

Şəhərin çox olmayan tarixi məkanları və düz coğrafiyası var. Beləcə, ürəyin istədiyiniz qədər piyada gəzə bilərsiniz.

3. KANADA, ONTARİO

Payızın rənglərini görmək istəyirsinizsə Kanadanın Ontario şəhərinə gedin. Buradakı “Algonquin Əyalət Park”ı məşhurdur. 7.725 kilometrlik ərazini əhatə edən, sıx meşə və çaylarla əhatələnmiş bu parkda əsl payız abu-havası olur. Payızdan qaçmaq əvəzinə, onu qucaqlamaq istəyirsinizsə Ontarionu seçə bilərsiniz.

4. LİSSABON, PORTUQALİYA

Ucuz və sərfəli səyahət üçün Portuqaliyanın paytaxtı Lissabonu da seçmək olar.

Çünki hamının getdiyi vaxtlarda deyil, payız aylarında səyahət etmənin ən böyük avantajıdır ucuz qiymətlər. Çay kənarında olan bu şəhərdə 1000 illik tarixi və gözəl memarlıq abidələrini görə bilərsiniz. Günəş hələ də parıldayır, hava sərin, restoran və otellərdə ucuzluq. Bir sözlə, payızda həm ucuz həm də sərfəli səyahət axtarırsansa Lissabona gedə bilərsiniz.(seyahetchi.com)

Son xəbərlər
Bütün xəbərlər »