Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniyada koronavirusa yoluxanların sayı artıb

Estoniyada son sutkada koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.

Bildirilib ki, koronavirusa yoluxanların ümumi sayı 1 258 nəfərə çatıb, 24 nəfər isə pandemiyanın qurbanı olub.

Yanvarın 31-dən Estoniya üzrə koronavirusla bağlı 27 mindən çox test icra olunub.

Qeyd edək ki, mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Son xəbərlər
Bütün xəbərlər »