Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BVF: “30-cu illərin böhranından sonra ən dərin böhran gözlənilir”

“Pandemiya qlobal iqtisadiyyatı 3 ayda 30% kiçiltdi. 2020-ci ilin sərt iqtisadi eniş il olacağı artıq dəqiqdir - BVF 30-cu illərin böhranından sonra ən dərin böhran gözləyir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva səsləndirib.

Beynəlxaql maliyyə institutları 2020-ci ilin yerdə qalan dövrü ilə bağlı ehtiyatlı bəyanatlar verməyə çalışırdılar. Lakin artıq onların da bədbin proqnozları səslənməkdədir. Əvvəllər pandemiyanın aprel-may aylarında səngiyəcəyinə ümid edərək ilin 2-ci yarısından iqtisadi artım proqnozları sələnirdi lakin indi bu ümidlər boşa çıxmaq üzrədir.

Belə ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib ki, pandemiya ildırım sürətilə hazırkı nəslin görmədiyi səviyyədə iqtisadiyyatda və insanların yaşam tərzində sarsıntı yaratdı: "3 ay əvvəl 160 ölkədə əhalinin gəlirlərində artım proqnozlaşdırmışdıq, amma indi 170 ölkədə gəlirlərin azalmasını gözləyirik".

O əlavə edib ki, 2020-ci ilin sərt iqtisadi eniş il olacağı artıq dəqiqdir - BVF 30-cu illərin böhranından sonra ən dərin böhran gözləyir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »