Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.