Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.

“Report”un xəbərinə görə, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.

O bildirib ki, bununla bağlı komitədə işçi qrup da yaradılıb:

“Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.

Son xəbərlər
Bütün xəbərlər »