Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-da epidemiyanın pik nöqtəyə çatdığını bildirib
Donald Tramp

“ABŞ koronavirusun yayılmasının zirvəsindədir və bəzi ştatlarda artıq infeksiyaya yoluxmada azalma başlayıb”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

O, epidemiyanın yayılmasında yumşalmanın olduğunu deyərək, buna əminliyini vurğulayıb: “Bəzi hallarda eniş var, biz artıq bu prosesə başlamışıq”.

Mətbuat konfransında iştirak edən vitse-prezident Mayk Pens isə qeyd edib ki, koronavirusla bağlı vəziyyətin ən kəskin olduğu ştatlarda da sabitləşmə əlamətləri getdikcə daha çox müşahidə edilir. O, nümunə olaraq Nyu-Yorkun Denver və Luiziana yaşayış məntəqələrini göstərib.

Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da 452852 nəfərin koronavirusa yoluxduğu, onlardan 16 mindən çoxunun öldüyü bildirilib.

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »