Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: “Karantin asan məsələdir, bəs nə yeyəcəyik?”

Belarus karantin rejimi tətbiq etməyən azsaylı ölkələrdəndir.

Postsovet respublikasından reportaj hazırlayan “Euronews” burada həyatın normal axarda getdiyini bildirir. Minsk küçələri insanla doludur.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə karantin rejiminin əleyhinə olduğunu bildirib. Müşavirədə çıxış edən dövlət başçısı beynəlxalq təşkilatların bu istiqamətdə təzyiqi ilə üzləşdiklərini deyib.

“Bizdə də boşboğazlıq edənlər var: “Karantin, komendant saatı!”. Qulaq asın, ən asanı budur, bəs nə yeyəcəyik? Bir çox təşkilatlar, dövlət liderləri aclıq ehtimalından danışır”, - Lukaşenkonun fikirləridir.

Lukaşenkonun qətiyyətli çıxışına baxmayaraq, ölkədə vəziyyətin yaxşı olmadığı göz önündədir. Minskdə, Vitebskdə həkimlər kütləvi işdən çıxır. Xəstəxanalarda koronavirusa yoluxanların sayı sürətlə artır. Belarus Ümumdünya Səhiyyə Təşkilatına hesabatında indiyə qədər cəmi 1486 nəfərin virusa yoluxduğunu bildirib. Alternativ media isə gerçəyin xeyli qorxulu olduğunu iddia edir. Əslində, rəsmi rəqəmlər də bədbinliyə əsas verir. Təkcə son sutka ərzində ölkədə 420 nəfərin virus testi müsbət nəticələnib. Ölənlərin ümumi sayı 16-ya çatıb.

Son xəbərlər
Bütün xəbərlər »