Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən razılaşma baş tutdu: Neft bahalaşdı

Rusiya ilə Səudiyyə Ərəbistanının martda ortaq məxrəcə gələ bilməməsi neft bazarında qiymətin kəskin düşməsinə səbəb olmuşdu. Nəhayət, tərəflər hasilatın azaldılmasında dil tapa bilib.

Bizimyol.info xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı bu istiqamətdə razılığa gəlib. “Reuters” OPEK-dəki mənbədən belə məlumat alıb. Məlumata görə, tərəflər ümumi gündəlik hasilatı 20 milyon barelə qədər azaltmağa çalışacaq. İlkin mərhələdə Səudiyyə Ərəbistanı 4, Rusiya isə 2 milyon barel azalmaya gedəcək. Hərçənd, ərəblərin çox güzəştə getdiyini söyləmək olmaz. Çünki Səudiyyə Ərəbistanı son bir ayda hasilatı 2,7 milyon barel artırmışdı. Deməli, azalma cəmi 1,3 milyon barel olacaq.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

Tərəflərin razılığa gəlməsi dərhal valyuta bazarında özünü göstərib. Rublun mövqeyi xeyli güclənib. Rusiya pulunun ABŞ dollarına nisbəti 73 həddinə qədər düşüb. Halbuki son vaxtlar 79-82 arasında var-gəl edirdi.

“Brent” markalı neftin qiyməti də yüksəlir. Gün ərzində 10 faizdən artıq artım qeydə alınıb və qiyməət 36,38 dollara qədər yüksəlib. Tərəflər arasında razılaşma möhkəmləndikcə qiymətin daha da artacağı gözlənilir.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Hazırkı iqtisadi durğunluq dünyada neftə tələbatı xeyli azaldıb. Planetin gündəlik ehtiyacı 30 milyon bareldən çox deyil. Martda OPEK-in faktiki lideri kimi qiymətləndirilən Səudiyyə Ərəbistanı hasilatı azaltmağı təklif edirdi. Rusiya isə sabitliyin tərəfdarı idi. Danışıqların pozulması Səudiyyə Ərəbistanını necə qəzəbləndirmişdisə, ərəblər hasilatı xeyli artırmaq qərarı vermişdi. Bununla da “Brent” son 18 ilin ən aşağı göstəricisini görmüşdü.

Son xəbərlər
Bütün xəbərlər »