Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə hər gün virusdan daha çox insan ölür

Türkiyənin koronavirus statistikası nikbinliyə heç bir əsas vermir. Qardaş ölkədə hər gün daha çox insan ölür.

Bizimyol.info xəbər verir ki, sutka ərzində Türkiyədə pandemiya üzündən daha 96 nəfər həyatını itirib. Bununla da ölənlərin ümumi sayı 908-ə çatıb.

Son bir sutkada 28 min 578 nəfər virus testinə cəlb olunub. Həmin şəxslərin 4 min 56 nəfərində infeksiya aşkarlanıb. Virus daşıyıcılarının ümumi sayı 42 min 282 olub.

Türkiyə Səhiyyə Nazirliyi bu gün 296 nəfərin səhhətinin yaxşılaşdığını bildirir. İndiyə qədər 2142 nəfər xəstəxanadan evə buraxılıb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 1,57 milyona çatıb. Təxminən 92 min nəfər həyatını itirib.

Türkiyə yoluxanların sayına görə dünyada 9-cu yerdədir. İlk sıranı ABŞ tutur (449 min). Ölüm sayına görə isə İtaliya birincidir (18 min 279).

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »