Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video

Türkiyə koronavirusa yoluxanların sayına görə liderlər qrupunda yer alıb. 38 mindən çox insanda virus aşkar olunub, 812 nəfər həyatını itirib. Qardaş ölkədə karantin rejimi getdikcə sərtləşdirilir.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində vətəndaşlardan biri küçədə polisə qəribə şəkildə etiraz edib. 10 yaşlı oğlu ilə saxlanılan kişi asayiş keşikçisinə sərt reaksiya verib. Polis, heç olmasa, uşağı fikirləşmək lazım gəldiyini deyəndə vətəndaş gözlənilməz ifadə işlədib: “Ölsə də, mənim uşağımdır, sənə nə?!”

Türkiyənin ən çox insan yaşayan şəhərində - İstanbulda daha bir neçə prospektə hərəkət məhdudiyyəti tətbiq olunub. Şəhərlərarası nəqliyyat əlaqəsi hər gün daha da azaldılır. Türkiyə Səhiyyə Nazirliyi Avropanın bəzi ölkələrinin taleyini yaşamamaq üçün vətəndaşlara gün ərzində dəfələrlə xəbərdarlıq edir.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »