Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sivilizasiyadan uzaq yaşayan qəbilədə koronavirus tapıldı

Dünyada koronavirus aşkarlanmayan bir neçə ölkə qalıb. Amma virus daha böyük coğrafiyaya yayılmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Amazon meşələrində sivilizasiyadan uzaq yaşayan qəbilələrdən birində koronavirus aşkar olunub. Yanomami qəbiləsində 15 yaşlı yeniyetmədə infeksiya üzə çıxıb. Roraima əyalətində bundan xəbər tutanda xəstəni Boa Vista şəhərindəki xəstəxanaya yerləşdiriblər. Braziliyanın səhiyyə naziri Luis Enrike də xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Kokami etnik qrupunda da infeksiya ortaya çıxıb. Orada əvvəlcə bir həftə əvvəl 20 yaşlı qızın testi müsbət nəticə veribmiş.

Braziliyada indiyə qədər 16 min 238 nəfərdə virus aşkarlanıb. 823 nəfər həyatını itirib. Braziliya Səhiyyə Nazirliyi cəmi 173 nəfərin sağaldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının son məulmatına görə, təxminən 1,55 milyon insan virusa yoluxub. Ölənlərin sayı 90 mini keçib.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »