Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virus yüklənməsi - Koronavirusu bəzilərinin yüngül, bəzilərinin ağır keçirməsinin səbəbləri

Dünyanın müxtəlif ölkələrində milyondan çox koronavirusa yoluxmuş insanda xəstəlik müxtəlif formada seyr edilir. Bəziləri onu yüngül , bəziləri ağır formada keçirir. Bunun səbəbi nədir?

Bizimyol.info britaniyalı professor Vendi Barkleyin virus yüklənməsi barədə araşdırmasını təqdim edir

“Xəstliyin necə keçəcəyinə çoxlu sayda amillər təsir edir. Bura pasientin yaşı, xroniki xəstəlikləri, yaşam tərzi daxildir. Koronavirus əslində bütün yaş qrupları üçün risklidir. Şəkərli diabet, bronxit və ağciyər, ürək xəstəlikləri olanlar daha çox risk daşıyır. Bununla belə virus yüklənməsinə məruz qalanlar daha çox risk daşıyır.

Virus yüklənməsi orqanizmin bioloji mayesində virusun surətlərinin nə qədər çox olmasından asılıdır. Xüsusən qanın plazmasında virusa yoluxmuş hüceyrələrin konsentrasiyası çoxdursa, xəstəlik ağır formada keçir.

Orqanizmdə virus çox olduqca xəstəlik daha ağır formaya keçir və başqalrını yoluxdurur”,- deyə London İmperiya Kollecinin professoru Vendi Barkley qeyd edir.

Koronavirus

Onun fikrinə görə, bu bütün respirator xəstəliklər üçün keçərlidir. Müxtəlif xəstəliklər üçün yoluxdurma dozası müxtəlif səviyyədədir. Mövsümi qriplər zamanı insanın yoluxması üçün az miqdarda virus dozası yetərlidir. COVİD-19-a gəlincə, alimlər hələlik onun yoluxması üçün hansı dozanın lazım olduğunu öyrənə bilməyiblər və ümumiyyətlə, bu virus hər gün daha bir xüsusiyyətinin üzə çıxması ilə qorxu yaradır. Professor Berkleyin fikrinə görə, o da qrip kimi az virus dozası ilə yayıla bilər. Onun dünyada pandemiya yaratması bununla əsaslandırıla bilər.

COVİD-19 xəstəliyində də virus yüklənməsi nəzəriyyəsi keçərlidir. Koronavirusa yoluxmuş xəstələrlə işləyən həkimlər onu yüksək dozada qəbul etmək riskinə malikdirlər və buna görə, xəstəliyi daha ağır formada keçirirlər. 2002-2003- cü ildə SARS virusu zamanı tibb işçilərinin 2 faizi xəstəliyə yoluxmuşdu. Koronavirus pandemiyası zamanı da eyni tarix təkrarlanır. İtaliyada 10 min tibb işçisi virusa yoluxub. Bu ölkədəki yoluxma faktlarının 10 faizini təşkil edir.

Tibbi vəsaitlərin çatışmazlığı da yoluxma faktlarının artmasında rol oynayır. Amma əsas məsələ tibb işçilərinin virus yüklənməsinə məruz qalmasıdır.

İlhamə

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »