Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Moskvanın sosial inkişaf məsələləri üzrə vitse-meri Anastasiya Rakova bildirib.

Onun sözlərinə görə, Sklifosovskiy adına təcili yardım İnstitutu və 52 saylı Moskva şəhər xəstəxanasında ilk dəfə COVİD-19-a yoluxmuş xəstələrə koronavirus infeksiyasından sağalmış insanların qan plazması köçürülüb.

“Biz daim digər ölkələrdəki həmkarlarımızın çalışmalarını izləyirik. Analoji tədqiqatlar Çin, Almaniya və ABŞ-da uğurla həyata keçirilir. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə effektli mübarizə aparmağa bizə kömək edəcək", - deyə Moskvanın vitse-meri vurğulayıb.

Qeyd edək ki, Rusiyada indiyə kimi yoluxanları sayı 10131 nəfər, sağalanların sayı isə 698 nəfər olub.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »