Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT PA: Dağlıq Qarabağdakı "seçkilər" qanunsuzdur

ATƏT Parlament Assambleyasının (PA) rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin dünyada atəşkəs çağırışına dəstək verib.

APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi xəbərə görə, ATƏT PA rəhbərliyi ATƏT məkanında hətta koronavirus pandemiyası ilə mübarizə aparılan zamanda belə bir sıra münaqişələrin qızışmağa davam etməsində narahatlığını ifadə edib.

"Dünya COVID-19 pandemiyası ilə mübarizə içərisində olduğu bir zamanda münaqişələr ən son istədiyimiz şeydir, çünki münaqişələr bu mübarizədə göstərilən səyləri daha da çətinləşdirir. Cənubi Qafqazda və Ukraynanın şərqindəki münaqişələr də daxil olmaqla, ATƏT məkanında bir sıra münaqişələr mövcuddur. Bu gün COVID-19-a qarşı aparılan ümumi mübarizəyə diqqətimizi yönəldə bilməyimiz üçün bütün tərəfləri BMT-nin atəşkəs çağırışına diqqətlə yanaşmağa çağırıram", - deyə ATƏT PA Prezidenti Gieorgi Tsereteli bildirib.

O, son günlər beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağ və Abxaziyada keçirilən "seçkilər"in qanunsuz olduğunu da vurğulayıb.

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
››› Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
››› Ermənistan yenə Kremli ifşa etdi: Rusiyanın Xəzərdəki qüvvələri bizə kömək edirdi
››› Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
››› Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Son xəbərlər
Bütün xəbərlər »