Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama

Xəbər verildiyi kimi Azərbaycanda kapitalın və əmlakın amnistisiyasının tətbiqi nəzərdən keçirilir. Məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında kapital və əmlak amnistisiyasının mahiyyəti ilə bağlı danışarkən dövlətin və əmlak sahibinin öhdəliklərini və onları gözləyən iqtisadi təhlükəni açıqlayıb.

Əkrəm Həsənov

“Amnistisiya, kapital, əmlak amnistisiyası müxtəlif formalarda, hətta geniş və dar ola bilər. İndi bu konkret nədən ibarət olacaq hələ bilinmir. Dünya təcrübəsinə, nəzəriyyəyə və sağlam məntiqə əsasən bu amnistisiya ilkin kapital toplanışı bitən ölkələrdə lazımdır. Yəni, hər bir cəmiyyət, hər bir dövlət qurulanda o cəmiyyətin varlı insanlarının əksəriyyəti əmlakını, var-dövlətini qanunsuz yollarla əldə edir.

Məsəl üçün Amerika Birləşmiş Ştatlarını kimlər qurub? – Canilər, oğrular, kovboylar, qanunsuz qızılçıxaranlar və s. Yəni, hindu tayfalarını qıranlar, öldürənlər, onların torpaqlarını zəbt edənlər bu yolla varlanıblar. Bizdə, bizim kimi postsovet məkanında aydındır ki, bu, əsasən korrupsionerlər, rüşvətxorlar və qanunsuz sahibkarlıq yolu ilə var-dövlət əldə edənlərdir. İndi də əlbəttə onlar istəyərdi ki, əmlakları tanınsın, ya onların adına, ya da övladlarının adına əmlakı rəsmiləşdirilsin. Çünki onlar üçün ciddi problem var. Birincisi, onlar əmlaklarını üzə çıxarmağa qorxurlar, onları iqtisadi dövriyyəyə qoymaq, daha çox qazanmaq, vərəsəlik qaydasında övladlarına ötürmək, çünki onlar bir çox hallarda məcburdur ki, əmlakı başqa-başqa adamların adına rəsmiləşdirsinlər. Bu da əlbəttə ki qorxuludur, o baxımdan ki, səhərki gündə öləndən sonra həmin əmlakı övladına verməyə bilər. Digər tərəfdən də vəzifədən gedəndə dövlət orqanlarında onlara rəqib olan şəxslər əlindən ala bilər”,-deyə Əkrəm Həsənov bildirib.

Ekspert vurğulayıb ki, son illərədək qeyri-qanuni yollarla əldə edilən əmlaklar başqa şəxslərin və müxtəlif ofşor şirkətlərin adlarına xaricə çıxarılırdı, xaricdə əmlaklar alınırdı: “İndi artıq bu da təhlükəli olub. Çünki biz görürük ki, Böyük Britaniyada Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zaminə Hacıyevanın əmlakı əlindən alınır. Orada xüsusi qanun qəbul edilib ki, əmlakın mənbəyini sübut edə bilmirsənsə əlindən alınır. Təbii ki bizimkilər orada bunu heç vaxt sübut edə bilməzlər ki haradan alıblar.

İndiki böhran vəziyyətində Böyük Britaniyanın arxasınca bir sıra Avropa dövlətləridə qanunsuz yollarla varlanan şəxslərin Avropada aldıqları əmlakları araşdıracaqlar. Bu dəqiqə bütün dövlətlərin pula, əmlaka ehtiyacı var. Onlar fikirləşəcəklər ki, pulu haradan tapaq? Deyəcəklər ki, gəl, bu keçmiş SSRİ məkanında, ərəb ölkələrində, Latın Amerikasında qanunsuz yollarla varlanıb gəlib bizim ölkədə yerləşdirilənlərin əmlakını əllərindən alaq və onların hesabına öz xalqımızın ehtiyacını qarşılayaq. Bu proses davam edəcək”.

Ekspertin sözlərinə görə, buna görə də bu gün Azərbaycanın varlıları xaricdə olan əmlaklarını üzə çıxarmaq üçün yollar axtarırlar: “Əslində dövlətin də, cəmiyyətin də bundan zərər çəkən məqamları var. Çünki həmin pullar iqtisadiyyata qoyulmur, onlar heç cür rəsmiləşdirilmir, artım yoxdur. Ümumiyyətlə müasir iqtisadiyyatın təməli investisiyadır və bu gün Azərbaycana investisiya qoyulmur ki, iqtisadiyyat inkişaf etsin, iş yerləri açılsın.

Buna görə də dövlət maraqlıdır ki həmin əmlak üzə çıxsın, xaricdən də qaytarılsın, hətta vergiyə də cəlb olunsun və s. Burada durub danışmaq olar ki, bunların çoxu oğrudur, filandır. Ancaq vəziyyəti dəyişmək lazımdır. Yəni biz konkret proqmatik qərarlar verməliyik. Bu vəziyyətlə bağlı mən hesab edirəm ki, dövlət qərar verməlidir ki, kimin heç yerdə qeydiyyatı olmayan əmlakı varsa üzə çıxarılsın. Biz ondan heç vaxt soruşmayacağıq ki, bu əmlakı necə əldə etmisən? Yəni, bu daşınmaz əmlak da, pul da, ya da xaricdə əmlak da ola bilər. Bu əmlakla bağlı birdəfəlik vergi versin. Məsələn, 10 faiz. Bu əmlakı üzə çıxarılması üçün dövlət yaxşı olardır ki, əmlak sahiblərinə 3 il vaxt versin. Yaxşı olardı ki bu qərar konistitusiya qanunu şəkilində qəbul olunsun. Bu 3 il müddəti ötəndən sonra hamı, xüsusən məmurlar gəlir və xərclərini bəyan etməlidir. İndi məmurlardan aldıqları əmlakı necə alması ilə bağlı sorğu-sual etmək üçün qanun yoxdur. Söhbət təkcə məmurlardan və sahibkarlardan getmir, eləcə də vətəndaşların əmlakı bəyan edilməlidir. Bunun üçün vətəndaşlara məxsus qanunsuz tikililərə sənəd verilməlidir.

Ekspert Əkrəm Həsənov hesab edir ki xaricdə əmlakı və kapitalı olan şəxslərin üzə çıxması üçün onların etibarını və inamını qazanmaq lazımdır: “Əmlak sahiblərinə əmlakını açıqlaması ilə bağlı müddət ona görə 3 il verilməlidir ki, onların əmlakının toxunulmaz olacağına inamı artsın və onlar da qorxmadan əmlakını açıqlasınlar. Əmlakını çıxaranların aqibətini görən digər əmlak sahibləri də əmlakını yavaş-yavaş üzə çıxaracaqlar. İnamın, etibarın çox olması üçün bu, konistitusiya qanunu səviyyəsində olmalıdır ki inam daha da çox olsun. Hətta, bu da azdır. İmkan verilməlidir ki, əmlakını üzə çıxaran şəxs dövlətlə müqavilə imzalasın. Müqavilənin şərtlərini kimsə, məsələn dövlət pozsa, Beynəlxalq Arbitaj Məhkəməsində bu məsələyə baxılsın. Niyə? Çünki bizim məhkləmələrə etibar yoxdur. Bizim məhkəmələr əsasən foksçudur. Bizim məhkəmə qanunu istənilən şəkildə şərh edə bilərlər. Azərbaycan məhkəmələri “A”ya “B”, “C” yox, “X”, hətta “Z” deyir. Yəni işə şəxs dövləti beynəlxalq məhkəməyə verilsə, məhkəmə xaricdə olan əmlaka həbs qoyacaq. Əlbətə bu da dövlətimiz üçün əlverişli deyil. Yəni əlak sahibi olan şəxslərə müxtəlif təminatalr vermək lazımdır.

Xaricdə əmlakı olan şəxslərə iki alternativ verilməlidir. Əmlak sahibi ya əmlakı satıb gəlib Azərbaycana investsiya qoysun, ya da Azərbaycan dövləti həmin əmlakın qanuni yolla əldə edilməsi ilə bağlı sənəd verdiyi halda böyük faizlə dövlətə vergi versin. Bu məsələdə dövlətin və xalqın qazancı iqtisadi inkişaf olacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »