Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: Rusiya neft bazarını sabitləşdirmək üçün birgə fəaliyyətin tərəfdarıdır

Rusiya qlobal neft bazarındakı vəziyyəti sabitləşdirmək üçün birgə razılaşdırılmış hərəkətlərin tərəfdarıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən xəbər verir.

Onun sözlərinə görə, məhz qeyd olunan mövqe cümə axşamı "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçivəsində danışıqlar zamanı təqdim ediləcək.

"Mövqeyimiz aydındır: Rusiya qlobal enerji bazarının sabitləşməsi maraqları üçün birgə razılaşdırılmış hərəkətlərin tərəfdarıdır. Bütün digər nüanslar telekonfransda iş prosesi zamanı artıq müzakirə ediləcək", - deyə Kremlin nümayəndəsi bildirib.

Qeyd edək ki, "OPEC+" iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-na təyin edilib. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »