Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb

Amerikalı alimlər koronavirusa qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.

APA AMEA-nın saytına istinadn xəbər verir ki, süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusuna yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya Cəmiyyətinin “mBio” jurnalında dərc edilib.

Alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Bu, MERS-ə qarşı hazırlanmış parainfluenza virus 5 (PİV5) adlanır. Koronavirusların “tikanları” bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar insan hüceyrələrinin səthindəki reseptorlarla bağlanır ki, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.

MERS virusu siçanları məhv etmir, buna görə də eksperiment üçün model heyvanlar yaradılıb. MERS virusu bu heyvanların orqanizmində toplanan DPP4 zülalı vasitəsilə insan hüceyrələrinə daxil olur.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »