Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
avro

Avropa Birliyi hazırkı böhran şəraitində zəruri tibbi ləvazimatların alınması üçün Şərq Tərfdaşlığı ölkələri arsında ən az maliyyəni (14 milyon avro) Azərbaycana ayırıb. Xatırladaq ki, Gürcüstana 183 milyon, Belarusa 60 milyon, Moldovaya 87 milyon, Ukraynaya 190 milyon, Ermənistana isə 92 milyon avro dəstək göstərilib.

Bir çox ekspertlər hesab edirlər ki, Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil və digər ölkələrlə müqayisədə ədalətsiz yanaşmadı. Burada Avropa Birliyinin müəyyən siyasi yanaşmaları varsa, bu arxa plana keçməli, humanitar missiyalarda siyasi səbəblər axtarılmamalıdır.

Bəs nə üçün AB özünün enerji təminatçısı olaraq gördüyü Azərbaycana qarşı bu siyasəti yürüdür? Bizimyol.info-nun sualına cavab verən millət vəkili Fəzail Ağamalı qeyd edib ki, bu Avropa və ABŞ-ın ənənəvi və ədalətsiz yanaşmasının ifadəsidir.

Fəzail Ağamalı

“Hər zaman belə olub və məncə bu, xristian təəssübkeşliyinin göstəricisidir. Şükürlər olsun, öz imkanlarımiz böyükdür və biz bu gözə görünməz düşmənlə Uca Tanrının köməyilə az itkilərlə qalib cıxacagıq, evdə qalmaqla, qoyulan şərtlərə əməl etməklə və ən vacibi dövlətimizin gücü ilə. Əslində, ölkəmizin bu cür yardımlara ehtiyacı yoxdu. Buna baxmayaraq bütün yanaşmalar ədalətli olmalıdır”.

Natiq Cəfərli isə düşünür ki, özü yıxılan ağlamaz və Avropa Birliyinin bizə göstərdiyi bu münasibətin bir səbəbkarı elə Azərbaycan özüdür.

Natiq Cəfərli Natiq Cəfərli

O Bizimyol.info-ya verdiyi açıqlamada düşüncələrini belə ifadə edib: “Bu ölkələrin hamısı AB ilə əməkdaşlıq sazişini imzalayıb. Ermənistan məsələn, özü üçün ən yüngül formada bu sazişə qol çəkib. Aşağı səviyyəli olsa belə, saziş imzalanıb. Digər adı çəkilən dövlətlər daha yüksək səviyyəli saziş imzalayıblar və buna görə onlara daha böyük dəstək göstərilir. Azərbaycan heç bir sazişə girmir və danışıqları uzadır. Buna səbəb Azərbaycanın bəzi öhdəlikləri üzərinə götürmək istəməməsidir. Söhbət heç də insan haqlarına dair öhdəliklərdən getmir. Söhbət iqtisadi və ticari öhdəliklərdən gedir. Biz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmirik, dünyada mövcud olan iqtisadi qanunlara boyun əymirik, kömrük, vergi islahatları etmirik, investorlar üçün rəqabət məcəlləsini qəbul etmək istəmirik, hava nəqliyyatında liberallaşmağa getmirik. Buna görə də, AB rəsmi tərəfdaşlığı olan ölkələrə daha çox kömək edir. Ona görə də özü yıxılan ağlamaz”.

İlhamə Rəsulova

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »