Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ünvanlı sosial yardım alan ailələrin sayı 78300-ə çatıb

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, aprel ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5 faiz, yəni 9300 ailə və ya 38 min nəfər artıb və bu yardımı alanların sayı 330 min nəfərə (78 min 300 ailə) çatıb.

Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Aztəminatlı ailələrə növbəti dəstək kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› “Əlilliklə bağlı yeni qaydalara səs verməyəcəyik.., böyük problemlər yarada bilər” - Deputatlar
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »