Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mourinyo səhvini etiraf etdi: “Qaydaları pozmuşam”

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə oyunçusu ilə parkda məşq edərkən yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssislə birgə hazırlıq keçən futbolçuların Tanqay Ndombele, Rayan Sessenyon və Davinson Sançes olduğu müəyyənləşib.

İngiltərədəki karantin qaydaları insanların gəzintiyə çıxmalarına və ya gündə bir dəfə açıq havada məşqlər etmələrinə imkan verir. Lakin bu zaman insanlar bir-birilərindən iki metr məsafədə olmalıdılar. Amma oyunçuların bu tövsiyəyə bir neçə dəfə məhəl qoymadıqları diqqətdən yayınmayıb.

Artıq Mourinyo sözügedən məsələ ilə bağlı açıqlama verib. O, parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib. Portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

“Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm, qaydaları pozmuşam. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyələrinə əməl etməlidir. Səhiyyədə çalışan qəhrəmanlarımızı dəstəkləməli və hamımız həyat xilas etmək üçün üzərimizə düşəni etmək məcburiyyətindəyik”.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »