Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus moskvalılarla əyalət insanlarını üz-üzə qoydu

Rusiyada da yayılmış koronavirus moskvalılarla əyalətlərdə yaşayanları üz-üzə qoyub. Belə ki, paytaxtda daha çox yoluxma faktları olduğu üçün insanlar Moskvadan başqa şəhər və kəndlərə üz tutmağa başlayıblar. Bu da virusun daha çox əraziyə yayılmasına səbəb olur.

Bizimyol.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu hal əyalətlərdə yaşayanları da narazı salıb və onlar qapılarını moskvalılara açmaq istəmirlər.

“Gəmidən qaçan siçovullar kimi qaçırlar. Əvvəllər onlar bizi paytaxtda istəmirdilər, indi də biz onları istəmirik” - sosial şəbəkələrdə bu tipli və hətta daha ağır mənalı şərhlər baş alıb gedir. Ryazan, Tomsk, Nijniy Novqorod, Perm, Novosibirsk, Krım, Tver, Altay vilayətlərinin yerli icra orqanları əhalini moskvalılara evləri kirayə verməyi qadağan ediblər.

“Biz İtaliyanın acı təcrübəsini təkarlaya bilmərik. İtaliyada da cənubdan şimala axışanlar ölümcül xəstəliyi bütün ölkəyə yaydılar və acı nəticə indi göz qabağındadır”,- deyə Belqorod vilayətinin qubernatoru Yevgeni Savçenko bildirib.

Bununla yanaşı, baş nazir Mişustin yerli hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, regionların sərhədlərinin bağlanılması yolverilməzdir.

İlhamə

Paylaş »
››› Bakıda cinsi azlıqların bayrağını əks etdirən oyuncaqlar yayılıb - Foto
››› İranın yeni prezidenti bəlli oldu - Foto
››› İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
››› “Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
››› Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
››› Rusiyada təyyarə qəzası: ölənlər və yaralılar var - Video
››› Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Son xəbərlər
Bütün xəbərlər »