Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin rejimini pozan şəxsdə narkotik aşkarlanıb

Karantin rejimini pozan saxlanıldı, üzərindən narkotik vasitə tapıldı.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Emil Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən Emil Cavadzadənin narkotik vasitə daşımasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı E.Cavadzadədən 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »