Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada koronavirusdan ölənlərin sayı 11 minə yaxınlaşır

Fransa xəstəxanalarında və tibbi-sosial müəssisələrdə koronavirusdan ölənlərin sayı 11 minə çatır.

Bunu ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon brifinq zamanı deyib.

“Epidemiya başlayandan bəri 60 min insan xəstəxanaya yerləşdirilib, onlardan 30 033 nəfəri hazırda xəstəxanalardadır. Bu günə qədər ağır vəziyyətdə olan 7048 xəstənin reanimasiyada müalicəyə ehtiyacı var”, - Salomon belə deyib.

Salomon bildirib ki, reanimasiyalarda olan xəstələrin 34%-i 60 yaşa qədər, 61%-i 60-80 yaşları arasında, daha 108 nəfəri isə 30 yaşdan aşağı olanlardır. Onun sözlərinə görə, 21 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.

“Epidemiya müddətində xəstəxanalarda 7632 nəfər ölüb, onların 80%-i 70 yaşdan yuxarı insanlardır. Texniki problem səbəbindən bu gün tibb müəssisələrindən ölümlər haqqında məlumat daxil olmayıb. Xəstəxanalar və tibbi-sosial müəssisələr də daxil olmaqla, ölənlərin ümumi sayı – 10 869 nəfərdir”, - deyə baş direktor əlavə edib.

“Sante Publique” sanitar agentliyinin məlumatına görə, ölkədə koronavirusa təsdiqlənmiş yoluxma halı 82 048 nəfərə çatıb. (Apa.az)

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »