Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilləri lağa qoyan gəncə sərt cavab: “Düzələcək halları tənqid et” - Video

Koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı Azərbaycanda karantin rejimi tətbiq olunduqdan sonra sosial şəbəkə istifadəçiləri bununla bağlı müxtəlif paylaşımlar edirlər.

Karantin rejiminə yumoristik yanaşmağa çalışmaq istəyən “TikTok” istifadəçisi Anar Orucovun paylaşdığı video əlilliyi olan şəxslərin qəzəbinə səbəb olub. Belə ki, onun fiziki məhdudiyyətli insan obrazı yaratmaq cəhdi birmənalı qarşılanmayıb. Bir çoxları bunu həmin şəxslərə təhqir kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı birinci qrup əlil Zaur Hacılı sərt danışıb.

“Gözümüzün, əlimizin, ayağımızın sözümüzə baxmaması bizim seçimimiz deyil. Bu, hanısa qəzadan və xəstəlikdən yaranmış haldır.

Bu halı nə qədər tənqid etsək də düzəlməyəcək. Düzələ biləcək qüsurlarımıza irad bildirək, onu düzəldək yaxşı əməl sahibi olaq.

Siz bizə həmişə qüsurlu deyərək lağa qoyaraq heç nəyi dəyişə bilməyəcəksiniz”,-deyə Zaur Hacılı bildirib.

Qeyd edək ki, “TikTok” istifadəçisi Anar Orucov ictimaiyyətin iradlarını nəzərə alaraq videonu sosial şəbəkə hesabından silib.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »