Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketdə asqıran müştəriyə cəza kəsildi

Dünya böyük bir həbsxanaya çevrilib. İnsanlar evinə qapadılıb. Küçəyə çıxanlar, ictimaiyyət arasında olanlar isə ciddi karantin qaydalarına əməl etməli olur.

Bizimyol.info xəbər verir ki, Türkiyədə marketdə asqıran müştəriyə cəza kəsilib. Karabükün Safranbolu ilçəsində kassirin üstünə asqıran şəxs 392 (təxminən 100 manat) lirə cərimələnib.

İddiaya görə, A.K. marketdən aldıqlarının haqqını ödəyərkən adekvat olmayan addım atıb. Kassir iddia edir ki, müştəri bilərəkdən onun üstünə asqırıb. Marketin əməkdaşı bu yolla sağlamlığına təhlükə yarandığını bildirib. Polis işə qarışıb, müştəri cərimə olunub.

Türkiyə koronavirusun getdikcə daha böyük təhlükə mənbəyinə çevrildiyi ölkələrdəndir. Dünən virusa gün ərzində yoluxanların sayına görə qardaş ölkə hətta İtaliyanı, Böyük Britaniyanı da geridə qoyub. İndiyə qədər Türkiyədə 34 mindən çox virus daşıyıcısı qeydə alınıb, 725 nəfər həyatını itirib.

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »