Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin koronavirusla əlaqədar növbəti dəfə əhaliyə müraciət edib

Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə əlaqədar növbəti dəfə ölkə əhalisinə müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya dövlət başçısı müraciətində ölkədə koronavirus epidemiyası fonunda görülən və planlaşdırılan bir sıra sahələrdə islahatlara toxunub.

Sosial sahədə görülməsi vacib tədbirlərdən danışan V. Putin koronavirusla mübarizə aparan tibb işçilərinə aprel ayından etibarən üç ay müddətində xüsusi ödənişlərin ediləcəyini bildirib.

Rusiya Prezidenti koronavirus pandemiyasına görə iş yerlərini itirən ailələrə maddi yardım göstərilməsini təklif edib.

V. Putin martın 1-dən işini itirən şəxslərə aprel, may və iyun ayı ərzində minimum əmək haqqı miqdarında yardım ediləcəyini söyləyib.

Bundan başqa, ölkə başçısı dövlət orqanlarından sənədlərin istifadə müddətinin avtomatik olaraq 3 ay müddətinə uzadılması haqqında göstəriş verib.

Rusiya Prezidenti koronavirus pandemiyasından əziyyət çəkən iş adamlarına, ümumilikdə biznesə də müvafiq dəstəyin göstərilməsi barədə göstəriş verib: "İlk növbədə iş fəaliyyətini saxlayanlara yardım göstərmək lazımdır".

Daha sonra xalqa müraciət edərək Rusiya Prezidenti özünütəcrid rejiminə riayət etməyin vacib olduğunu bildirib: "Bilirəm, özünütəcrid rejimindən xalq yorulub. Ölkəmizdə yaxın iki-üç həftədə koronovirus təhlükəsi ilə bağlı vəziyyət müəyyənedici olacaq. Bu müddətdə bizdən həkimlərin tövsiyələrinə, profilaktik tədbirlərə ciddi riayət etməyimiz tələb olunur. Rusiya birinci dəfə deyil ki, ciddi sınaqdan keçir. Birlikdə hər şeyin öhdəsindən gələcəyik".

Paylaş »
››› Azərbaycanda məntiqə sığmayan qadağalar: Şortik, “vyetnamka”, hicab!..
››› Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı
››› “Azərbaycanlıların mərmər qəbir daşlarından Babayanın evinə pilləkən düzəldilirdi”
››› Pandemiya yalandır, insanları öldürən kimyəvi maddədir... - Azərbaycanlı psixiatr
››› Rusiyadan Türkiyəyə böyük yürüş: Gündə 20 min nəfər...
››› Həbsdə olan iş adamına işgəncə iddiaları var: DİN açıqlama verdi
››› Cərimə epidemiyası: Toylar camaata “toy tutmağın” yeni vasitəsi ola bilər...
Son xəbərlər
Bütün xəbərlər »