Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq Nazirliklə birgə aztəminatlı ailələrə ərzaq yardımı göstərib
Ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə dövlətimiz tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilməklə yanaşı, həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial müdafiəsi də diqqətdə saxlanılır.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə birgə yayadığı məlimatda bildirilir ki, ayrı-ayrı dövlət və özəl təşkilatlar, vətəndaşlar tərəfindən irəli sürülən nəcib təşəbbüslər çərçivəsində təşkil olunan xeyriyyə aksiyaları bu istiqamətdə işlərə töhfə olmaqla, ölkəmizdə pandemiyaya qarşı mübarizədə vətəndaş-dövlət həmrəyliyinin növbəti əyani təsdiqidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq prokurorluq əməkdaşları da sosial həmrəylik nümayiş etdirirlər. Onlar aztəminatlı ailələrə dövlət qayğısının təzahürü olaraq növbəti addım kimi, həmin ailələrin sosial müdafiəsinin həyata keçirilməsi məqsədilə yardımlar ediblər.

Baş Prokurorluğun əməkdaşları müvafiq şəhər, rayon prokurorluqları və sosial müdafiə qurumlarının nümayəndələri ilə birgə Bakı şəhərinin Nəsimi, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Pirallahı və Qaradağ rayonları, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran şəhərlərində və Abşeron rayonunda yaşayan 1000 aztəminatlı ailəyə evlərində ərzaq məhsullarından ibarət yardımlar təqdim ediblər.

Prokurorluq əməkdaşları eyni zamanda həmin insanların səhhəti ilə maraqlanıb onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.

Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »