Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Proqramın hədəfi qıtlığı aradan qaldırmaqdır”

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı dəstək paketi hazırlayıb.

İqtisadiyyat Nazirliyi dəstək paketində olan proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edib.

Sahibkarlara və əhaliyə göstəriləcək dəstək apketilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun Bizimyol.info-ya verdiyi müsahibəsini təqdim edirik:

Rəşad Həsənov Rəşad Həsənov

- Rəşad müəllim, dəstək paketində dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Bu 9 proqramda əhaliyə və sahibkarlara dəstək proqramı ilə bağlı hansı vacib məqamlar var?

- Proqramın parametrlər tam olaraq məlum olmasa belə deyə bilərik ki, proqramlar bir sıra maraqlı istiqamətləri əhatə edir. Məsələn zərərçəkən sahələrdə vergi tətillərinin verilməsi, müəyyən vergi növləri üzrə azadolmaların təklif edilməsi yaxud əmək haqqı fonduna birbaşa maliyyə dəstəyinin verilməsi, kredit faizlərinin bir qisminin kompensasiya edilməsi məsələləri öz əksini tapıb. Bununla belə bildirmək istəyirəm ki, qeyri-rəsmi əmək bazarının iştirakçıları heç bir dəstək proqramlarından yararlana bilməyəcək, yaxud biznes üçün sabit xərc yükü formalaşdıran icarə və kommunal xərclərə güzəştlər nəzərdə tutulmayıb, məcburi sosial sığorta haqları üçün ciddi güzəştlər təqdim edilmir. Bundan başqa kirayə mənzillərdə yaşayan 100 minlərlə ailə sosial karantin tədbirlərindən əziyyət çəkir, bu məqam nəzərə alınmayıb ki, bütün bunlar dəstək proqramlarının zəif tərəfləridir. Başqa sözlə tədbirlə planı mövcud situasiyadan yaranan tələblərə cavab vermir və müəyyən qədər də disktiminativ parametrləri özündə etiva edir. Bir sıra mühüm məsələlər isə layihədən kənar qalıb.

- Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi nədir?

- Bu proqramın əsas fəlsəfəsi gəlirlərin tam yaxud qismən azaldığı iqtisadi fəaliyyət sahələrində işdənçıxarma hallarının qarşısının müəyyən qədər alınması və iş yerlərinin davamlılığının təmin edilməsidir. Ancaq bununla belə hesab edirəm ki, bu proqramla işçi ixtisarlarının qarşısını alacaq səviyyədə dəstək nəzərdə tutulmur. Əslində hökumət bilir ki, mövcud şərtlər daxilində işdənçıxarmalar işsizliyə görə sığortaya kəskin tələb yaradacaq. Bu qanuni əmək bazarı işçilərinin haqqıdır. Nəticədə müvafiq Fond bu məqsədlə xeyli vəsait xərcləməli olacaq. Buna görə də hökumət bu vəsiati əvvəlcədən əməkhaqqı fonduna dəstək adı ilə verməklə müəyyən qədər vəsiatlərin daha məqsədli xərclənməsi və dəstək paketinin sosial tərəfinin güclü görünməsini təmin etməyə çalışıb.

- Hansı sahibkarlar dövlət dəstəyi proqramından necə faydalanacaq?

- Bununla bağlı yanaşma ondan ibarətdir ki, mövcud iqtisadi konyukturdan 11 fəaliyyət istiqaməti tam (100 faiz), 9 fəaliyyəti istiqaməti isə qismən (70 faiz) zərər görüb. Siyahı hələlik tam olaraq açıqlanmayıb. Lakin, ilkin informasiyalar ondan ibarətdir ki, turistlərin yerləşdirilməsi, səyahətin təşkili, ictimai iaşə, sərnişindaşıma kimi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri bu güzəştlərdən yararlana biləcəkdir. Bununla belə tikinti sektorunun dəstəklənməsi kimi məsələlərdə proqramda özünə yer alıb. Çünki, hökumət hesab edir ki, bu sahə iqtisadiyyatın dinamikası üçün çox vacib sahələrdəndir. Digər sahələr isə daha çox ərzaq və dərman vasitələri ilə təminat, ixrac qabiliyyətli istehsal kimi sahələrdir. Burada məqsəd bazarlarda qıtlıq yaradan amillərin təsirlərinin azaldılması, infliyasiya risklərinin qarşısının alınması yolu ilə qiymət optimallığının təmin edilməsi məsələsidir.

Bir məqamı xüsusi ilə vurğulamaq istərdim. Şərtli dəstək məsələsi. Məsələn mikrosahibkarlara birbaşa maliyyə dəstəyi 2019-cu ildə fisskal və vergi öhdəlikləri üzrə intizamın keyfiyyətinə uyğun olaraq təklif ediləcək. Bu yanamaşma mövcud şərtlər daxilində düzgün yanaşma deyil.

- Üçüncü proqram biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada hansı vacib məqamlar var?

- Torpaq və əmlak vergisindən azadetmə müsbət məqamlardandır. Çünki bu vergilər üzrə öhdəliklər müəssisənin fəaliyyət göstərmədiyi halda belə yaranır. Yəni sabit xərclər sırasına daxildirlər. Azadetmə müəyyən qədər sahibkarın xərc yükünü azaldacaq. İcarə haqlarından tutulan vergidən güzəşt nəzərdə tutulub ki, bu da öz növbəsində icarə qiymətlərinin aza da olsa azalmasına təsir edə bilər. Mikro sahibkarlıq subyektlərinijn vergidən 1 il müddətində azad edilməsi daha məqsədəuyğun olardı. Ancaq onlar üçün güzəşt nəzərdə tutulub və bunun kreiteriyaları məlum olmadığı üçün konkret təsir gücü haqqında nəsə demək çox çətindir. Ancaq ərzaq və dərman təminatı ilə əlaqədar həm bu məhsulların idxalı və həm də bu məhsulların istehsalı üçün nəzərdə tutulan xammal və materialların idxalının ƏDV-dən azad edilməsi müsbət məqamlardan biridir.

- Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. Bu dəstəyin əhəmiyyəti nədir?

- 2015-2016-cı il təcrübəsi göstərdi ki, Azərbaycan iqtisadiyyatına əsas risklər tikinti sektoru üzrə yaranır. Çünki, böhran gəlirləri azaldır, yığım və ehtiyatlı xərcləmə meylliyini artırır bu isə daşınmaz əmlak bazarına, yəni tikinti sektorunun təklif etdiyi məhsulalara tələbi kəskin aşağı salır. Tikinti sektoru 2000-2015-ci illərdə çox sürətlə böyüdü və hazırda həm məşğulluqda həm də ümumi daxili məhsul istehsalında ciddi paya malikdir. Bu sektorda zəifləmənin Azərbaycan iqtisadiyyatının digər parametrlərinə və iqtisadi sektorlarına təsiri çox güclü olur. Buna görə hökumət bu sahədə tələbi dəstəkləməyə çalışır. Ayrılan 90 milyon manat vəsait güzəştli ipoteka kreditinin verilməsinə sərf ediləcək. Bu da təxminən 1500 evin alınması deməkdir. Başqa sözlə mənzil bazarında orta illik satışın təxminən 5 faizi həcmində əlavə tələb yaratmaq cəhdidir. Ümid edirəm ki, bu kimi proqramlar gələcəkdə də genişləndiriləcəkdir.

- Vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək. Bu dəstəyin əhəmiyyəti nədir?

- Əsas məqsəd likvidliyin azaldığı cari şərtlər daxilində mümkün qədər sabit xərc istiqamətləri üzrə biznesin xərc yükünü azaltmaq, gələcəkdə isə biznesin maliyyə çıxış imkanlarını artırmaq və dolayısı ilə investisiya qoyuluşları üçün müəyyən həcmdə maliyyə resursu yaratmaqdır.

- Bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. Bu proqramların mahiyyəti nədən ibarətdir?

- Proqram çərçivəsində 1 milyard manat biznes kreditinin faizləri üzrə xərclərin təxminən 60-70 faizinin kompensasiya ediləcək. Bu məqsədlə 50 milyon manatın sərf edilməsi nəzərdə tutlur. Bu yolla sahibkarların sabit xərclər üzrə zərəri müəyyən qədər azalacaq, maliyyə sahəsində intizamsızlığın yaranması və bank sektoru üçün yaranacaq potensail təzyiqlər qismən neytrallaşdırılacaqdır.

İkinci məsələ isə biznesə 500 milyon manat həcmində əlavə kreditinin verilməsinin təşviqinə hədəflənib. Bunun üçün yeni veriləcək kreditlərin 60 faiznə dövlət zəmanəti verməklə bankların prosesə marağını artırmaq, digər tərəfdən isə bu kreditlər üzrə faizlərin ilkin məlumatlara görə 50 faizinin subsidiyalaşdırılması yolu ilə kreditlər üzrə sahibkarın xərcini azaltmağı hədəfləyir. Başqa sözlə maliyyə əlçatanlığının artırılması və biznes kreditlərinin təşviqi nəzərdə tutlur ki, bu məqsədlə də 20 milyon manat vəsiatin xərclənməsi nəzərdə tutlub.

- Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması da var. Bu dəstəyin mahiyyəti nədir?

- Kommunal xidmətlərlə əlaqədar gözləntilər yüksək idi. Sosial karantin dövründə əhalinin vacib və qaçılmaz xərclərinə dövlət dəstəyi təmin edilməlidir ki, bunlardan biri də kommunal xərclərdir. Bu dəstəklə bağlı onu bildirmək istəyirəm ki, çox zəif əsaslandırılmış, heç bir ciddi sosial effekti olmayan təklifdir. Bu məqsədlə ayrılan 10 milyon manatı daha düzgün istifadə etmək olardı.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »