Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar arasında ölüm hallarının sayı açıqlandı
Azərbaycanda 1 yaşa qədər olan uşaqlar arasında ölüm hallarının əksəriyyəti Bakının payına düşür.

APA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, ölkədə 1 yaşa qədər təxminən 2000 uşaq ölürsə, onlardan 780 nəfər Bakı şəhərinin payına düşür.

Z. Eminov qeyd edib ki, həmin uşaqlar anadan olduqları zaman Bakıda qeydiyyata alınır, lakin sonradan faktiki olaraq rəsmi qeydiyyatları olmasa da, ölüm halları baş verdikdə, ərazi olaraq Bakı şəhəri göstərilir.

İqtisadi rayonlar üzrə əhalinin paylanmasına gəlincə, elmi işçinin sözlərinə görə, Abşeronda digər rayonlarla müqayisədə ümumi sənaye məhsulunun istehsalı, təsərrüfatın cəmlənməsində çox böyük fərqlərin olması əhalinin cəmlənməsinə təsir göstərir:

“Təsərrüfat subyektlərinin böyük əksəriyyətinin Abşeronda cəmlənməsi, əhalinin məskunlaşması nəticəsində bir çox hallarda qeydiyyata alınmayan yaşayış sahələri, massivləri yaradılır. Onların rəsmi qeydiyyatında bir çox problemlər baş verir”.

Z. Eminov qeyd edib ki, ölkə üzrə sənaye məhsulunun istehsalı da əsasən, Abşeron rayonunun, Bakı şəhərinin payına düşür:

“Daimi açılmış iş yerləri əsasən, sənaye baxımından inkişaf etmiş rayonların payına düşür. Bunların da əksəriyyəti Bakıda cəmləşir. İqtisadi rayonlar üzrə investisiya həcminin artırılması zəruri məqsəd kimi qarşıya qoyulmalıdır”.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »