Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bank Respublika bizneslə məşğul olan həssas əhali qruplarına əvəzsiz dəstək göstərdi
BR

Bank Respublika, ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.

Belə ki, Bank bu məqsədlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulmuşdur.

Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim etmişdir.

“Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər. Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”. deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş »
››› Bakıda virusla mübarizə aparan həkimlərin narazılığı: “Bizi aldatdılar...”
››› DİN-dən metroda baş verən hadisəyə münasibət
››› Çənədə və cibdə gəzdirilən maskalara görə də cəza veriləcək...
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Siyahıdakı yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »