Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Yüz minlərlə insan faktiki olaraq havada qalıb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcəyinə dair qərar öncə insanların sevincinə səbəb olsa da nazir Sahil Babayevin yardımdan kimlərin faydalanacağına dair verdiyi açıqlama xeyli xəyal qırıqlığına və ümidsizliyə səbəb oldu.

İnsanlar sosial şəbəkələrdə etiraz edərək qərardan yararlanmağın demək olar ki, imkansız olduğunu bildirirlər.

Bəs vəziyyət niyə belə hal aldı?

İqtisadçı Qaşqay İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada problemin kökünün əslində daha dərin olduğunu bildirib. İqtisadçının fikrinə görə, ölkədə mövcud olan qanunların Azərbaycan iqtisadiyyatının indiki vəziyyətinə uyğun olmaması insanları kölgə iqtisadiyyatına sövq edir və bu kimi ağır durumlarda kölgə iqtisadiyyatının zərbəsi yenə xalqa dəyir.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“Sosial yardımlarla bağlı ajiotaj və çatışmazlıqlar, sistemin qeyri-şəffaflığının, iş yerlərinin gizlədilməsinin, kölgə iqtisadiyyatının göstəricisidir. Sistemin hazırki vəziyyətinin səbəbləri təkcə qanunlarının işləməməsi və məmur özbaşınalığı deyil, həm də obyektiv səbəblərə bağlıdır, ölkədə mövcud olan qanunların Azərbaycan iqtisadiyyatının indiki vəziyyətinə uyğun olmaması insanları kölgə iqtisadiyyatına sövq edir.

Belə ki, qanunların əksəriyyəti inkişaf etmiş ölkələrin təcrübəsinin kor-koranə təkrarıdır. İlk baxışda kifayət qədər proqressiv olan bu qanunlar, mövcud reallıqlarla ziddiyyətdə olan qanunlardır. Neft pulları istisna olmaqla, iqtisadi münasibətlərin Seneqal yaxud Konqo səviyyəsində olduğu Azərbaycana Fransa qanunlarının tətbiqi əvvəldən səhv addım idi. Əgər Fransada bərbər və yaxud ofisiant ciddi vergi ödəyicisi sayıla bilərsə, Azərbaycanda bu sahədə işçilər adətən çarəsizlikdən, başqa iş tapa bilmədikləri üçün çalışırlar. Bu insanları vergiyə cəlb etməklə, mövcud problemlər yalnız daha da dərinləşir və hazırki böhranda biz bunun əlamətlərini daha yaxşı görə bilirik.

Yüz minlərlə insan faktiki olaraq havada qalıb, işləsə də heç yerdə qeydiyyatı yoxdur və burada bir nömrəli səbəb, qanunların kifayət qədər mürəkkəb və yerli reallığa uyğun olmamasıdır. Əgər qanunlar qonşu Gürcüstandakı kimi sadə, insanların gəlirlərinə və reallığa uyğun olsaydı, Azərbaycanda da işləyənlərin əksəriyyəti heç bir problemsiz qeydiyyata düşərdilər. Biz nəzərə almalıyıq: Qanunlar inkişafın yüksək mərhələsində olan ölkələrə aiddir, neft gəlirlərini çıxmaqla bizim real iqtisadiyyatımız isə geridə qalmış iqtisadiyyatlardan biridir. Bu ziddiyyət həll olunmadıqca heç kimin qanunlarla işləməyə marağı olmayacaq”,- deyə o bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »