Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Milli Məclis Elmar Rüstəmovun işinə baxacaq - Ekspertdən sərt açıqlama

“Milli Məclis aprelin 9-da keçiriləcəyi gözlənilən plenar iclasında Elmar Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxacaq. Onun yenidən bu vəzifəyə təyin ediləcəyi gözlənilir. Məntiqlə o növbəti 5 il ərzində Mərkəzi Bankın rəhbəri olacaq. Məlumat üçün bildirim ki Mərkəzi Bankın sədri İdarə Heyətinin üzvləri sırasından seçilir”.

Bu barədə Bizimyol.info-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert qeyd edib ki, ötən ilin sonunda Mərkəzi Bankın səlahiyyətləri genişləndirildi: “Belə ki Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri Mərkəzi Banka verildi. Bu gün Mərkəzi Bank bütün maliyyə bazarlarına-həm bank, həm sığorta, həm də qiymətli kağızlar bazarına nəzarət edir”.

Əkrəm Həsənov

Ekspertin sözlərinə görə, Elmar Rüstəmovun yenidən Mərkəzi Banka rəhbər olması o deməkdir ki yaxın gələcəkdə bank və maliyyə sistemində islahatlar olmayacaq: “Çünki Elmar Rüstəmovun 1995-ci ildən rəhbərlik etdiyi Mərkəzi Bankın vəziyyəti göz qabağındadır. Yəni Mərkəzi Bank durğunluq dövrünü yaşayır, xeyli problemlərin içindədir. Bu problemlərin kökündə duran şəxs də Elmar Rüstəmov və onun komandasıdır. Məhz bu komandanın səyi nəticəsində bank qanunvericiliyi xeyli geridə qalıb, bank tənzimlənməsi və bank nəzarəti də çox zəifdir. Biz 2015-ci ilin devalvaiyasından sonra bankların çökdüyünün şahidi olduq. Bu gün də bak sistemində xeyli problem qalır. Sağlamlaşma getmir. Milli valyutanın məzənnəsini səviyyəsini də əvvəlki kimi inzibati yollarla saxlayırlar. Buna görə də Elmar Rüstəmovun komandasından islahat gözləmirik. 2015-ci ilin devalvasiyası da onlara dəsr olmadı”.

Ə.Həsənov deyib ki, sığorta və qiymətli kağız bazarlarında xüsusi yenilik olmayacaq: “Çünki prinsipcə həmin komanda ancaq bank sistemini idarə etməyi bacarır”.

Ekspert iddia edib ki, Elmar Rüstəmovun əvvəlki vəzifəsində qalması onu 5 il də bu vəzifədə qalması demək deyil: “Hazırda bank sahəsində böhran müşahidə olunur, ölkə koronavirus pandemiyası ilə mübarizə aparır. Ona görə də bu vəziyyətdə Mərkəzi Bankın sədrinin dəyişdirilməsi əlverişli deyil. Ola bilsin ki, 5 il gözlənilməyəcək, vəziyyət stabilləşəndən sonra Mərkəzi Bankın rəhbərliyi məsələsinə yenidən qayıdıla bilər. Mən hesab edirəm ki Elmar Rüstəmovun yeni təyinatı müvəqqəti olacaq. Çünki bizim bank sistemimizin, iqtisadiyyatımızın əvvəlki kimi idarə olunması üçün 5 ili yoxdur. Yəni növbəti 5 ildə bank və maliyyə sistemi belə idarə olunsa, bu ölkəmiz üçün ağır nəticələrə səbəb ola bilər. Elmar Rüstəmovun komanadası bank sistemini qeyri-peşəkar, qabaqcıl standartlara cavab verməyən və durğunluq metodu ilə idarə edirlər”.

Ramid İbrahimov

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
››› İyunun 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »