Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ay və Marsı işğal etməyə başlayır

Donald Tramp kosmos resurslarından istifadəyə dair fərman verdi.

ABŞ prezidenti Donald Tramp Ay və Marsın, eləcə də digər kosmik cisimlərin təbii resurslarından istifadətyə dair fərman imzalayıb. Bizimyol.info xəbər verir ki, ABŞ-ın əzəli rəqibi Rusiya bunu digər planetlərin hüquqlarının pozulması və işğalı kimi dəyərləndirib.

“Ay və Marsın, eləcə də digər səma cisimlərinin uğurlu uzunmüddətli araşdırılması kommersiya təşkilatları ilə tərəfdaşlıq tələb edir. Lakin kosmik resurslardan istifadənin hüquqi qeyr- müəyyənliyi kommersiya təşkilatlarına istifadə haqqı vermir. Buna dair müəyyən sənədlər hazırlanmalıdır”,- deyə sənəddə bildirilir.

Sənəddə vurğulanır ki, ABŞ 1979-cu iləd qəbul edilmiş Ayın resurslarından istifadəyə dair beynəlxalq qətnaməni tanımır və tərəflərdən biri olmadığını bəyan edir. Ay və digər səma cisimləri bütün bəşəriyyətin mülkü olduğuna görə bütün ölkələrin rifahına xidmət etməlidir və bu həmin dövltlərin iqtisadi, elmi inkişafından asılı olmayaraq keçərlidir.

Rusiya Trampın bu addımını digr planetlərin ərzasini işğal etmək kimi dəyərləndirib. Putinin mətbuat katibi Dmitri Peskov isə Trampın bu fərmanını kosmosun özəlləşdirilməsi kimi qiymətləndirməkdə tərəddüd edib.

İlhamə

Paylaş »
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »