Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blatter DÇ-2018-lə bağlı rüşvət iddiasına münasibət bildirib

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter 2018 və 2022-ci illərin dünya çempionatlarına ev sahibliyi edən ölkələrinin seçimi ilə bağlı korrupsiya haqqında informasiyanı şərh edib.

“Report”un məlumatına görə, o, bununla bağlı “France24”-ə açıqlama verib.

"FİFA-nın İcraiyyə Komitəsinin üzərinə xüsusi centlmen razılaşması düşürdü. Bu da belə", - Blatter bildirib.

Daha əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-Yorkun şərq dairəsi üzrə məhkəməsinə ittiham aktının verilməsi haqqında bildirib. İttihamda xüsusi halda deyilir ki, FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner Rusiyadan 5 milyon ABŞ dollar məbləğində rüşvət alıb. İttihama görə, FİFA-nın icraiyyə komitəsində çalışmış Rafael Salqero da guya Rusiyadan dünya çempionatına ev sahibliyi ilə bağlı səsverməyə görə 1 milyon ABŞ dolları rüşvət alıb.

Qeyd edək ki, yarış 2018-ci ildə Rusiyada keçirilib, dünya çempionatı 2022-ci ildə Qətərdə təşkil olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »