Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dünyada koronavirusla mübarizəyə vəsait ayırır

ABŞ hökuməti xarici ölkələrin koronavirusla mübarizəsi çərçivəsində humanitar, tibbi, ekoloji tədbirlərə 225 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.

Dövlət katibi Mayk Pompeo bu yardım çərçivəsində fərdi qoruma vasitələrinə tələbatın yüksək səviyyədə qarşılanmasının da daxil olunduğunu bildirib.

Ayrılacaq vəsaitin müayinə, qabaqlayıcı və nəzarət tədbirləri, milli səhiyyə sistemlərinin dəstəklənməsi, tibbi heyətin təlimi, laboratoriyalar hazırlamaq kimi tədbirlərə sərf olunacağı diqqətə çatdırılıb.

Ötən ay ABŞ hökuməti 64 ölkəyə koronavirusun qarşısını almaq və müalicə tədbirlərini dəstəkləmək üçün 274 milyon dollar ayıracaqlarını açıqlamışdı. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »