Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın Dağlıq Qarabağdakı seperatçılıq fəaliyyətinə son qoyulmalıdır” - Aydın Hüseynov

“Bu gün dünya ictimaiyyəti bütövlükdə koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Dağlıq Qarabağda “seçki” keçirilib. Onlar seçkini bu gün keçirdi, martın 31-i keçirdi və ya pandemiya dövründə keçirdi fərq etməz, onun heç bir siyasi, beynəlxalq, hüquqi əhəmiyyəti yoxdur. Bu sadəcə olaraq özləri üçündür”.

Bunu Milli Məclisin deputat Aydın Hüseynov Bizimyol.info-ya müsahibəsində Dağlıq Qarabağdakı qondarma “seçki”ləri şərh edərkən bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyətinin başının qarışdığı bir vaxtda, bütün sivil dövlətlər, sivil xalqlar pandemiyaya qarşı mübarizə apardığı bir vaxtda onlar fürsətdən istifadə edib orada öz oyunlarını çıxararaq sabahkı gündə birinin adına prezident, birinin adına parlament sözü deyəcək: “Eyni zamanda oradakı qarşıdurma da göstərir ki, orada keçirilən seçkinin bir əhəmiyyəti yoxdursa, özlüyümdə hesab edirəm ki onu təhlil etməyin də bir əsası yoxdur. Onlar orada özləri üçün hansısa bir oyunu oynayırlar, bu gün ona siyasi bir baxış yoxdur.

Ancaq bununla belə bütövlükdə Ermənistanın torpaqlarımızı işğal etməsi, işğal altında saxlaması, orada özlərini dövlət adlandırması, prezident seçkiləri, parlament seçkiləri keçirməsi qətiyyən yolverilməzdir. Bu o demək deyil ki biz göz yumaq ki, onlar özləri üçün nə oyun çıxarırsa çıxarsın. Yəni bu beynəlxalq təşkilatlarda, dövlətlərdə, eyni zamanda Minsk qrupun üzvləri olan dövlətlər də kəskin mövqeyini bildirməlidir, sözdə deyil əməldə bu məsələ birdəfəlik öz həllini tapmalıdır, birdəfəlik onların seperatçılıq fəaliyyətinə son qoyulmalıdır.

Bu gün Azərbaycan dünyanın ən sivil ölkələrindən biridir və dünyada baş verən proseslərə öz humanist addımlarını atır. Belə olduğu bir halda Azərbaycanın da maraqları qorunmalıdır, yəni BMT-nin qəbul etdiyi qətnamə konkret öz həllini tapmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »