Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda həkimlər kütləvi işdən çıxır

Belarus koronavirusa görə karantin rejimi tətbiq etməyən azsaylı ölkələrdəndir. Amma buradakı alternativ informasiya mənbələri virusla bağlı vəziyyətin yaxşı olmadığını bildirir.

Bizimyol.info xəbər verir ki, Belarusda həkimlər kütləvi işdən çıxmağa başlayıb. Bu haqda “Podyom” nəşri yazıb. Həkimlər ya məzuniyyətə çıxır, ya da ümumiyyətlə işindən imtina edir.

Alternativ medianın yazdığna görə, daha çox Minsk və Vitebsk xəstəxanalarında tibb işçiləri vəziyyətdən narahatdır. Həkimlər müəssisələrin pandemiya xəstələri ilə dolu olduğunu söyləyir. Onlar deyir ki, məzuniyyətə çıxmaq yavaş-yavaş çətinləşir. Xəstəxana rəhbərliyi vəziyyəti yaxşı anladığından, prosesə mane olmağa çalışır.

Minskdə həkim işləyən müsahiblərdən biri deyib ki, öz hesabına məzuniyyətə çıxmaq üçün rəhbərliyə müraciət edib. O, daha bu şərtlər altında işləmək istəmədiyini bildirib.

Bundan əvvəl Belarusdan olan həkimlərin tibbi ləvazimatların çatışmazlığından narazılıq etdiyi yayılmışdı. Prezident Aleksandr Lukaşenko isə koronavirus xəstələrini şəxsən sağaltmağa hazır olduğunu söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »