Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusa yoluxanların sayı bu gün də azaldı

İtaliya, deyəsən, koronavirusla mübarizədə qələbə qazanmağı bacaracaq. Hər halda, virusa yoluxanların sayının dayanmadan azalması nikbinliyə əsas verir. Hərçənd, ölüm sayında böyük azalma yoxdur.

Bizimyol.info xəbər verir ki, İtaliyada virusa yoluxanların sayında yenə azalma qeydə alınıb. Son sutka ərzində cəmi 3039 nəfərin testi müsbət nəticə verib. Beləliklə, ümumi say 135 min 586-ya çatıb. Daha 604 nəfər həyatını itirib. İndiyə qədər virusdan 17 min 127 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1,4 milyona yaxın insanda infeksiya aşkarlanıb. Pandemiya təxminən 79 min insanın həyatına son qoyub. İndiyə qədər 300 minə qədər pasiyentin sağaldığı bildirilir.

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »