Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın Azərbaycan torpağında ikinci dövlət qurmaq cəhdləri baş tutmayacaq” - Aydın Mirzəzadə

“Ermənistan vaxtaşırı Azərbaycanın işğal edilmiş ərazilərinə qondarma respublikaya status verməyə və guya müstəqil bir qurum olduğunu göstərməyə çalışır. Ancaq hamı üçün aydındır ki, bu, işğal edilmiş zonadır və orada qurulan rejim Ermənistan tərəfindən təyin edilən və rəsmi Yerevanın tapşırıqlarını yerinə yetirən bir strukturdur. Martın 31-ində növbəti dəfə Yerevan seçki adlı bir siyasi tamaşa həyata keçirməyə çalışdı. Ancaq beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti əvvəlkindən də sərt oldu”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, deputat Aydın Mirzəzadə Bizimyol.info-ya müsahibəsində Dağlıq Qarabağdakı qondarma “seçki”ləri şərh edərkən bildirib.

Deputat bildirib ki, dünyadakı bütün beynəlxalq təşkilatları, aparıcı dövlətlər tamaşanı, siyasi sperkulyasiyanı pislədilər və Ermənistan özünün diplomatik sahədə növbəti uğursuzluğuna düçar oldu: “Eyni zamanda, bu dəfə orada işğal altında yaşayan əhalinin bir hissəsi seçkiləin keçirilməsinə öz etirazlarını bildirdilər. Bu da onu göstərir ki yeni bir situasiya yaranır. Azərbaycan işğal edilmiş zonada hər hansı bir seçki keçirilməsini qəbul etmir. Ora Azərbaycanın ərazisidir və orada seçkilər ancaq Azərbaycan konstitusiyası, Azərbaycan suverenliyi altında keçirilə bilər. Bu baxımdan işğal edilmiş zonaya siyasi status, hüquqi status vermə cəhdləri yolverilməzdir. Qeyd edim ki, bu “seçki”ni keçirməkdə məqsəd Ermənistanın indiki hakimiyyətinin orada loyal olan canişinləri təyin etmək, eyni zamanda oradakı vəziyyəti tam nəzarət altına almaqdan ibarətdir. Bununla belə Ermənistanda olan ağır iqtisadi-siyasi vəziyyət o cümlədən işğal olunmuş zonalarda da özünü göstərir. Təsadüfi deyil ki, orada yaşayan sakinlər açıq şəkildə belə davam edərsə zonanı aclıq gözlədiyini və hər hansı bir resursdan məhrum ola biləcəklərini bildiriblər. Ermənistan dərk etməlidir ki, Azərbaycan torpaqlarının işğalı şəxsən onun özünə, inkişafına, problemlərin həllinə, bir dövlət kimi formalaşmasına heç bir faydası olmadı”.

Deputat bildirib ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında dövlət qurub, Ermənistanın Azərbaycan torpağında özünə ikinci dövlət qurmaq cəhdi heç vaxt baş tutmayacaq: “İndiki baş nazir dəfələrlə məsələni Ermənistan-Azərbaycan münaqişəsindən Azərbaycan işğal edilmiş zona münaqişəsinə yönləndirməyə çalışdı. Onun cəhdləri baş tutmadı, danışıqlar torpağının bir hissəsinin işğal edilmiş Azərbaycanla torpağı işğal etmiş Ermənistan arasında gedir. Ermənistanın məsələnin mahiyyətini tamam dəyişmək cəhdləri alınmadı. O ki qaldı vaxtaşırı Dağlıq Qarabağın guya özünü təyin etməsi barədə gülünc bəyanatlara, tarix kifayət qədər faktlarla doludur ki, bu, işğal edilmiş zonadır və orada hər hansı bir özünütəyindən söhbət gedə bilməz”.

Ramid İbrahimov

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »