Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda virusa görə etiraz edən həkimləri döyürlər - Video

Pakistan koronavirus daşıyıcılarının sayına görə İslam dövlətləri arasında Türkiyədən sonra ikinci yeri tutur.

Amma müsəlman ölkəsi pandemiya ilə mübarizəyə hazır deyil. Burada tibb işçisi çatışmazlığı var. Üstəlik, tibbi ləvazimatlar da çatmır.

Bizimyol.info xəbər verir ki, Pakistanda buna görə etiraz edən həkimlər polislərin zorakılığı ilə üzləşib. Sosial şəbəkələrdə paylaşılan videolarda pandemiyaya qarşı ləvazimatların yoxluğuna görə səsini qaldıranların döyülməsi aşkar görünür. Onları jurnalistlərin gözü qarşısında vuraraq polis maşınlarına doldururlar.

Pakistanda indiyə qədər 4005 nəfərdə infeksiya aşkar olunub, bu adamların 55-i həyatını itirib. Hesab olunur ki, Asiya dövlətində pandemiya daha geniş yayılıb. Sadəcə, tibbi ləvazimat kimi virus testləri də çatmır. İndiyə qədər ölkədə təxminən 39 min nəfər testdən keçirilib. Daha çox insan bu prosesə cəlb olunsaydı, xeyli böyük rəqəmlər ortaya çıxacaqdı.

Son xəbərlər
Bütün xəbərlər »